Moskva meri seçkilərində Sobyanin 76,39 faiz səs qazanıb
11.09.2023
Hakimiyyet.info.az xəbər verir ki, Sobyaninin lehinə 2 milyon 499 min 114 seçici səs verib. Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatlarına görə, Moskvanın hazırkı meri Sergey Sobyanin məntəqə seçki komissiyalarının protokollarının 100%-ni işlədikdən sonra Rusiya paytaxtının başçısının seçkisində səslərin 76,39%-ni toplayıb.
Sobyaninin lehinə 2 milyon 499 min 114 seçici səs verib. Kommunist Partiyasının namizədi Leonid Züqanov 8,11% və ya 265 374 səs, LDPR-in namizədi Boris Çernışov 5,61% və ya 183 529 səs, “Yeni insanlar” partiyasından Vladislav Davankov – 5,34% və ya 174 869 səs, Dmitri Qusev (Ədalətli Rusiya – Həqiqət naminə) – 3,93% və ya 128 701 səs.
Moskva Şəhər Seçki Komissiyasının sədri Olqa Kirilova bildirib ki, Rusiya paytaxtında keçirilən seçkilərdə 3,3 milyona yaxın insan səsvermədə iştirak edib. 2,7 milyondan çox moskvalı isə elektron səsvermə yolu ilə öz seçimini edib.











