VƏTƏNDAŞ MƏMNUNLUĞU: ONLAR DOKTOR ƏŞRƏF QAFAROVDAN RAZILIQ ETDİLƏR

VƏTƏNDAŞ MƏMNUNLUĞU: ONLAR DOKTOR ƏŞRƏF QAFAROVDAN RAZILIQ ETDİLƏR

11.09.2023 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin 4 nömrəli Xəstəxanasında İcbari tibbi sığorta çərçivəsində Xatirə Şirinova və İradə Muradovaya laparoskopik xolesistektomiya ( öd daşı xəstəliyi zamanı öd kisəsinin laparoskopik üsulla 5-10 mm ölçüdə dəliklərdən çıxarılması) əməliyyatı icra edilib.

Hər iki əməliyyat 4 nömrəli Xəstəxananın həkim-cərrahı Əşrəf Qafarov tərəfindən həyata keçirilib.

Xəstələr əməliyyatlarının uğurlu keçdiyini söyləyib, həkimə və tibb personalına öz minnətdarlıqlarını bildiriblər.

Share