“İrəvan” FK azərkeşlərinə növbəti qələbə sevincini yaşatdı
06.10.2023Xəbər verdiyimiz kimi futbol üzrə Azərbaycan I Liqasında 4-cü turun oyunları keçirilib.
ASK Arenada “İrəvan” futbol komandası ev yiyəsi olaraq “Araz Saatlı” komandasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “İrəvan” komandası 7: 0 hesabı ilə qələbə qazanıb.


Oyunu izləyənlər sırasında “İrəvan” FK -nın İdarə Heyətinin sədri Zülfüqar Kazımov və klubun prezidenti Zahid Niyazəliyev, idarə heyətinin üzvləri Həsən Həsənov, Canbaxış Hüseynov və Vaqif Ayvazov da olub.
Mübariz Süleymanlı,
“İrəvan”FK-nın Mətbuat Xidmətinin rəhbəri











