Tərtərdə daha bir vətəndaş minaya düşdü

Tərtərdə daha bir vətəndaş minaya düşdü

07.10.2023 Off By Füzuli İsmayılov

Tərtər rayon prokurorluğundan Hakimiyyet.info.az-a verilən məlumatda bildirilir ki, oktyabrın 6-sı saat 21 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində 1986-cı il təvəllüdlü Zaməddin Həsənovun minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda qeyd edilən faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Share