ABŞ girovların azad olunması üçün İsrailə yardım edəcək
12.10.2023ABŞ HƏMAS tərəfindən əsir götürülən Amerika vətəndaşları da daxil olmaqla, girovların azad edilməsi üçün İsrailə yardım edəcək.
Trend xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Onun sözlərinə görə, İsrailin girovların azad edilməsində böyük təcrübəsi var.
Kirbi itkin düşmüş amerikalıların bəzilərinin hazırda girov saxlanıldığını qeyd edib.











