Aralarındakı mübahisə zamanı ər arvadını bıçaqla öldürüb
17.10.2023Hakimiyyet.info.az xəbər verir ki, qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb. Nizami rayon prokurorluğunun məlumatında bildirilir ki, oktyabrın 16-da 1985 təvəllüdlü Yaqut Həşimovanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1984-cü il təvəllüdlü Anar Həşimovun Nizami rayonu, Şərifli küçəsində birgə yaşadıqları mənzildə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Yaqut Həşimovanı bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Anar Həşimov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.











