Uşaq-gənclər idman-şahmat məktəbinin şahmatçısı qızıl medal əldə edib
17.10.202310 – 15 oktyabr tarixlərində İtaliyanın Sardiniya adasında 20 yaşa qədər oğlan və qız şahmatçılar arasında blits üzrə dünya çempionatı keçirilib.
“Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin şahmatçısı Məhəmməd Muradlı dünya çempionatının qızıl medalına layiq görülüb.
Qalib şahmatçımızı təbrik edir, yeni-yeni nailiyyətlər diləyirik.












