Dövlətimizin başçısı İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək dayanır 

Dövlətimizin başçısı İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək dayanır 

20.10.2023 Off By Füzuli İsmayılov

Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tərk-silah olunması, separatçı rejimin özü-özünü buraxması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi ilə bütün ölkə ərazisində suveren hüquqlarımız tam və qəti şəkildə bərqərar oldu.

Qurucu lider olan Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün inanılmaz qətiyyət və əzmkarlıq göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha firavan etmək məqsədi daşıyır. Vətəndaşlar da öz növbəsində Prezidentinə qəlbən inanır, taleyini ona etibar edir, ona güvənir, harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, öz liderinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyurlar.

Prezidentimizin müdrik, gələcəyə hesablanmış siyasəti, təbii ki, ilk növbədə, Azərbaycan dövlətinin immun sistemini möhkəmləndirdi. Biz Vətən müharibəsinin gedişində buna əyani surətdə şahidlik etdik. Prezident İlham Əliyev Cənubi Qafqazdakı hazırkı tarixi prosesin ssenari müəllifidir, regionun inkişaf meyillərini görən və istiqamətləndirən strateqdir. Hədəfi dəqiq nişan ala bilən bu strateji addımların bəhrəsi hazırda həyatımızın hər bir sahəsində aydın hiss olunur.

Dövlətimizin başçısı İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır.

Fərmayıl Vəliyev,

Abşeron rayon Sukanal İdarəsinin rəisi 

Share