Yolunuz açıq olsun, “TURAN YOLU” Türk Dünyası Müharibə Veteranları Birliyi

Yolunuz açıq olsun, “TURAN YOLU” Türk Dünyası Müharibə Veteranları Birliyi

29.10.2023 Off By Füzuli İsmayılov

Bu ilin oktyabrın 21-dən 29-dək Qazaxıstanın Almatı şəhərində bu ölkənin Mədəniyyət və İdman Nazirliyinin dəstəyilə Türk dünyası veteran təşkilatlarının beynəlxalq forumunun keçirilməsi və “Turan” Dünya Veteran və Türk Birliyinin yaradılması məqsədilə nəzərdə tutulmuş beynəlxalq tədbirə Azərbaycan müharibə veteranları Birliyi də dəvət almışdır.

Xatırladaq ki, Azərbaycan Veteranları İctimai Birliyinin bir qrup nümayəndəsi Almatıda keçirilən beynəlxalq tədbirlərdə iştirak edir.

Qazaxıstan Respublikası Veteranlar Birliyinin sədri Məhəmmədjan Murat Nuraxmetov tərəfindən göndərilən dəvətnamədə yazılır: “Qazaxıstan Respublikası prezidenti K. K. Tokayev çıxışında bugünkü çətin geosiyasi və iqtisadi şəraitdə “Türk dünyasının əməkdaşlığının və iqtisadi inkişafının qurulmasının vacibliyi dəfələrlə vurğulanmışdır. Türkdilli dövlətlərin və Mərkəzi Asiyanın əməkdaşlığını və birliyini gücləndirmək məqsədiylə Qazaxıstan Prezidentinin təşəbbüsünü həyata keçirmək, o cümlədən türk dövlətlərinin qarşılıqlı fəaliyyətini aktivləşdirmək və əlaqələndirməkdir, 2023-cü il oktyabrın 21-dən 29-dək “Veteranlar İttifaqı (Tacikistan-Əfqanıstan sərhədində döyüş əməliyyatları və hərbi münaqişələrin iştirakçıları) Respublika ictimai təşkilatı Qazaxıstan Respublikası Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan, Türkmənistan, Türkiyə, Qazaxıstan, Özbəkistandan olan qonaqların iştirakı ilə Almatı-Konayev-Taraz- Çimkent-Türküstan-Aktau şəhərləri üzrə avtoyürüş keçirilib. Bu tədbir çərçivəsində Almatıda Veteran təşkilatlarının beynəlxalq forumunun keçirilməsi, həmçinin “Turan” Dünya Veteran və Türk Birliyinin yaradılması nəzərdə tutulur. Sizi forumda fəal iştirak etməyə dəvət edirik. Əminik ki, sizin təcrübəniz və nüfuzunuz türkdilli qardaş ölkələrin veteran təşkilatlarının hərəkatına yeni təkan verəcəkdir.”

Füzuli Əfqanoğlu,

“HAKİMİYYƏT” qəzeti

Share