
“İrəvan” FK-nın 14 yaşlılardan ibarət komandasının növbəti qələbəsi
29.10.2023Bu gün “İrəvan” futbol klubunun 14 yaşlılardan ibarət komandası ” Dalğa” Arenada “Araz” futbol komandası ilə üzləşib. Belə ki, 14 yaş qrupundan ibarət “İrəvan” futbol komandası 8:0 hesabı ilə rəqib “Araz” futbol komandasını məğlub edib.

Nəzərinizə çatdırırıq ki, ötən həftə “İrəvan”nın 14 yaşlılardan ibarət futbol komandası 2:0 hesabı ilə “Xocalıı” futbol komandasını məğlub etdi. Ümumilikdə 4 oyundan 4 qələbə ilə 12 xalla turnir cədvəlində “Baku Srortink” futbol komandası ilə birinciliyi bölüşür.
Xatırladaq ki, “İrəvan” FK-nın 14 yaşlılardan ibarət komandasının baş məşqçisi Elman Şəfiyevdir.
Oyunu izləyənlər sırasında “İrəvan” İdman Şirkətlər Qrupunun rəhbəri, “İrəvan” FK-nın İdarə Heyətinin sədri Zülfüqar Kazımov, “İrəvan” FK- nın prezidenti Zahid Niyazəliyev və “İrəvan” Futbol Akademiyasının koordinatoru Müşfiq Qənbərov da olub.
Mübariz Süleymanlı,
“İrəvan” FK-nın Mətbuat Xidmətinin rəhbəri