Hərbi qulluqçumuz Çində keçirilən beynəlxalq tədbirdə mükafatlandırılıb

Hərbi qulluqçumuz Çində keçirilən beynəlxalq tədbirdə mükafatlandırılıb

02.11.2023 Off By Füzuli İsmayılov

Çin Xalq Respublikasında keçirilən “Çinin modernləşdirilməsi üzrə Beynəlxalq Dialoq”da Azərbaycan Ordusunun hərbi qulluqçusu iştirak edib.
Təhsil aldığı beynəlxalq tədris müəssisəsində sosial fəaliyyətlərdə fərqləndiyinə görə tədbirə dəvət edilən polkovnik-leytenant Elxan Fərzəliyev beynəlxalq dialoqda Azərbaycan-Çin münasibətləri və pilotsuz uçuş aparatlarına dair mövzular üzrə çıxış edib.
36 ölkədən 55 tələbənin iştirak etdiyi dialoqda çıxışı yüksək qiymətləndirilən hərbi qulluqçumuz fəxri fərmanla mükafatlandırılıb.

Share