Bakıda SPECA-nın Zirvə görüşü: Prezident İlham Əliyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib

Bakıda SPECA-nın Zirvə görüşü: Prezident İlham Əliyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib

24.11.2023 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvini qəbul edib.

Dövlətimizin başçısı Körfəz Əməkdaşlıq Şurasının SPECA-nın Zirvə görüşündə iştirakını yüksək qiymətləndirdi, Azərbaycanın təşkilata üzv dövlətlərlə çox yaxın tərəfdaşlıq münasibətlərinin olduğunu vurğuladı. Prezident İlham Əliyev Körfəz Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları ilə şəxsi dostluq əlaqələrinin olduğunu, bu ölkələrlə müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirdi, investisiyalar, bərpaolunan enerji, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin mövcudluğunu qeyd etdi. Azərbaycan Prezidenti respublikamızda və Mərkəzi Asiya ölkələrində siyasi sabitliyin tam təmin olunduğunu, ölkələrimizin siyasi, iqtisadi, demoqrafik amillər baxımından sürətlə inkişaf etdiyini vurğuladı.

Baş katib SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Qonaq Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin hərtərəfli inkişafına böyük əhəmiyyət verdiyini qeyd etdi, münasibətlərin müxtəlif sahələrdə inkişafını vurğuladı, siyasi, iqtisadi, investisiyaların artırılması və digər istiqamətlərdə böyük perspektivlərin olduğunu dedi.

Görüşdə hazırda dünyada islamofobiya meyillərinin artması və ona qarşı mübarizənin aparılması məsələləri də müzakirə edildi.

İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb

İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb.

İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüşüb

İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşüb.

İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb

İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb.

İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Share