Prezident İlham ƏliyevAzərbaycan ədliyyəsinin fəaliyyətini həmişə yüksək qiymətləndirib

Prezident İlham ƏliyevAzərbaycan ədliyyəsinin fəaliyyətini həmişə yüksək qiymətləndirib

24.11.2023 Off By Füzuli İsmayılov

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ədliyyə islahatları çərçivəsində, həmçinin penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təmin olunması, saxlanma şəraitinin yaxşılaşdırılması, cəmiyyətə reinteqrasiyası məqsədilə infrastruktur müasirləşdirilir.

Ötən dövrdə Bakıda yeni istintaq təcridxanası, yetkinlik yaşına çatmayanlar və qadınlar üçün müasir penitensiar müəssisələr inşa olunaraq istifadəyə verilib. Dövlətimizin başçısı həmin müəssisələrə şəxsən baş çəkərək yaradılan şəraitlə tanış olub. Eyni zamanda, Naxçıvanda və Şəkidə də belə komplekslər tikilərək istifadəyə verilib. Gəncə və Lənkəran şəhərlərində inşası davam etdirilən komplekslərin isə yaxın vaxtlarda istismara verilməsi nəzərdə tutulur. Bu tədbirlər çərçivəsində noyabrın 17-də Bakının Umbakı qəsəbəsində yeni inşa edilmiş qarışıq rejimli müasir penitensiar kompleksi istifadəyə verilərək geniş ictimaiyyətə təqdim olunub.

Azərbaycan ədliyyəsinin fəaliyyətinin canlandırılması və təkmilləşdirilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyinin təsis olunması bu mühüm sahənin gələcək inkişafı üçün əlverişli zəmin yaratdı.

Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən köklü hüquqi islahatlar nəticəsində ədliyyə orqanlarının fəaliyyəti müasir dövrün tələblərinə uyğunlaşdırıldı, ölkəmizdə yeni üçpilləli məhkəmə sistemi bərqərar oldu.

Azərbaycan ədliyyəsinin davamlı inkişafına dair Dövlət proqramları, Prezidentin 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncam, 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman ədliyyə və məhkəmə fəaliyyətində bu sahənin müasir çağırışlara uyğun inkişafını təmin edib. Vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə əlçatanlığının asanlaşdırılmasına, onlara keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, rəqəmsal innovasiyaların tətbiqinə geniş imkan yaradıb.

Azərbaycan Prezidentinin ədliyyə sisteminə yüksək diqqət və qayğısının daha bir təzahürü bu sahədə çalışan əməkdaşların mütəmadi olaraq təltif edilməsidir. Dövlət başçısının 2023-cü il 21 noyabr tarixli sərəncamlarına əsasən, ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə bir qrup əməkdaşlar “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilib, ali xüsusi rütbələrə layiq görülüblər.

Peşə bayramı günü münasibətilə bütün ədliyyə işçilərini,baş cənab nazi Fikrət Məmmədov olmaqla həmkarlarımı təbrik edir, uğurlar arzulayıram.

Zaur Əlizadə

Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru, I dərəcəli Ədliyyə qulluqçusu

Share