Xalq öz prezidentini uzun illər öncə seçib
22.12.2023Xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakterizə olunur.
Dövlətimizin başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir. Xalq öz prezidentini artıq uzun illər öncə seçib. Bu seçkilər bizim üçün formal bir görüntüdür. Artıq hamı bir nəfər kimi İlham Heydər oğlu Əliyevi seçib və ona mandat verib. Prezidentimizi doğum günü münasibətilə təbrik edir ona müvəffəqiyyətlər arzulayırıq!
Elxan Qaraşov,
Kürdəmir Elektrik Şəbəkəsinin aparıcı mühəndisi











