XALQ SİZİNLƏDİR, CƏNAB PREZİDENT!
22.12.2023Prezident İlham Əliyevin 20 il ərzində ölkəmizin və eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində atdığı çoxkombinasiyalı siyasi gedişləri heyranlıq doğurur. Nəzərə alsaq ki, enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici amilidir, bu baxımdan bir sıra dövlətlər və onların siyasi liderləri prezidentimizlə hesablaşır.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft diplomatiyasını uğurla davam etdirən cənab İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən gələrək 2006-cı ilə “Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum” kimi nəhəng neft və qaz marşrutlarının reallaşmasına nail oldu. Bununla da biz gücümüzü dünyaya bir daha nümayiş etdirdik. Bu Prezidentimizin uzaqgörənliyi, siyasi iradəsi sayəsində baş verdi. Doğum gününüz mübarək olsun. Xalq Sizinlədir!
Fərmayıl Vəliyev,
Abşeron Sukanal İdarəsinin rəisi











