İlham Əliyevin apardığı uğurlu siyasət Azərbaycanın dünyada mövqeyini yüksəltdi

İlham Əliyevin apardığı uğurlu siyasət Azərbaycanın dünyada mövqeyini yüksəltdi

19.01.2024 Off By Füzuli İsmayılov

Azərbaycan iqtisadiyyatında rəqabətliliyin artırılması özünün müsbət əksini nüfuzlu beynəlxalq təşkilatların və aparıcı maliyyə qurumlarının reytinq cədvəllərində tapmışdır. Hələ 2018-ci ilin Davos Forumunun hesablamalarına əsasən, ölkəmiz iqtisadi rəqabətliliyə görə dünyada 35-ci yeri tuturdu. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdə qərarlaşmışdı.

Regionların inkişafı sahəsində həyata keçirilmiş Dövlət proqramlarında və digər direktiv sənədlərdə nəzərdə tutulmuş vəzifələrin icrası qeyri-neft sektorunun inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına mühüm təkan vermişdir. Regionların III sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində ötən bir il ərzində bölgələrdə əhəmiyyətli infrastruktur layihələri icra edilmiş, yeni sənaye müəssisələri yaradılmışdır. Bununla yanaşı, regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı Azərbaycan Prezidenti tərəfindən bir çox sərəncamlar imzalanmışdır. Azərbaycan Prezidentinin 2019-cu il 29 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə turizm sənayesinin formalaşdırılması, yüksəkkeyfiyyətli və rəqabətədavamlı turizm xidmətlərinin təmin edilməsi məqsədilə əsaslı islahatlar və mühüm tədbirlər həyata keçirilmişdir. Turizm və dövlət qoruqlarının ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə 2018-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılmışdır. Əlverişli biznes və investisiya mühiti nəticəsində Bakıda və regionlarda yüksək standartlara cavab verən turizm müəssisələri fəaliyyətə başlamışdır.
Milli maraqlara söykənən xarici siyasətin və ordu quruculuğunun uğurlu nəticələri sayəsində azad olan Qarabağımız məhz İlham Əliyevin şah əsəridir. Beynəlxalq tədbirlər çərçivəsində və eyni zamanda, Azərbaycana edilən səfərlər, ikitərəfli formatda aparılan danışıqlar nəticəsində ölkəmizin dünya birliyində nüfuzu daha da artmışdır. Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin sayəsində Azərbaycanın dünya dövlətləri və beynəlxalq güc mərkəzləri ilə səmərəli, işgüzar və bərabərhüquqlu münasibətləri daha da möhkəmlənmişdir.

Xalqımızın bir nəfər kimi 7 fevralda yeganə namizəd İlham Heydər oğlu Əliyevə səs verəcəyinə hamı əmindir və bu belə də olacaq! 

Sahib Hümbətov,

Suraxanı Rayon Sukanal idarəsinin rəisi

Share