Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən institutların uğuru
19.01.20242019-2023-cü illərdə “Scopus” elmmetrik bazasında indekslənən jurnallarda elmi işləri dərc olunan ilk 5 institutun göstəricilərini təqdim edirik. Qeyd edək ki, ölkə üzrə ilk 5-liyə daxil olan institutlar Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Qrafikə əsasən son 5 il üzrə ən yüksək nəticə 549 elmi işlə Riyaziyyat və Mexanika İnstitutuna aiddir.
2023-cü ildə nəşr olunan elmi işlərin sayına görə isə İdarəetmə Sistemləri İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu və Fizika İnstitutu ilk üçlükdə təmsil olunur.











