Qəzza zolağında ölənlərin sayı 26 mini keçib
26.01.2024İsrailin zərbələri nəticəsində ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin ümumi sayı 26 083-ə çatıb. APA xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb. Bildirilib ki, İsrailin Qəzzada əməliyyatları nəticəsində yaralıların sayı 64 487-ə yüksəlib.











