RİYAKAR OLASAN BU QƏDƏR- YƏNİ HƏBİB QƏDƏR?
26.01.2024Ötən saylarımızda filologiya elmləri doktoru, professor Həbib Zərbəliyevin ölkənin ziyalıları, tanınmış təhsil ocaqları haqqında sayıqlamarını, böhtan və şəratmalarını qismən də olsa, həm sosial şəbəkələrdə, həm də “HAKİMİYYƏT” qəzetinin müxtəlif saylarında şərh etmişəm.
Həbib Zərbəliyev özünə yaxın bildiyi iş yoldaşları ilə birgə görüşümüzdə söz verdi ki, bir də belə qələtlər etməz, Azərbaycan Dillər Universitetinin rektoru, tanınmış alim, ölkədə və onun hüdudlarından çox-çox kənarda böyük nüfuza malik Kamal Abdulla haqqında böhtan və təhqirlər paylaşmayacaq. Şübhəsiz bunun müqabilində Kamal müəllimin onu universitetə yenidən qaytarması şərtini irəli sürdü. Bu barədə Kamal müəllimə məlumat verəndə gülərək dediyi sözlər sonradan tam reallığı əks etdirdi. “Bu adam hərdəm xəyal, özü nə istədiyini bilməyən, dünən verdiyi sözü bugün unudan bir şəxsdir”. Artıq bizə də bəlli oldu ki, Azərbaycan ziyalılarının arasına atılan bu köstəbək elm və təhsil ocaqlarında çaşqınlıq yaratmaq, ziyalıları biri-biriylə vuruşdurmaq, bununla da anarxiya və xaos yaradıb ölkənin ictimai-siyasi həyatına mənfi təsirlər etməkdir. Son illər işlədiyi yerlərdən sözün əsl mənasında qovulan Həbib Zərbəliyev aldığı tapşırıqları yerinə yetirə bilməsə də, yemək boşqabına düşən milçək kimi ürək bulandırmağı davam edir. Burada adamın yadına “Ulduz” kino filmindəki Gülümsərov düşür. Özünün feysbuk sosial-şəbəkəsində yaratdığı ayrı-ayrı səhifələrində bir neçə ay öncə paylaşdıqlarının tam əksini yazan Həbib Zərbəliyevin nə istədiyi məlum deyil.
Biz ötən yazılarımızda bu vücudun şəxsiyyətin dəyişkənliyi diaqnozu ilə müayinə edilməsini təklif etsək də, görünür AMEA rəhbərliyi Dilçilik İnstitutunda yarımştat cədvəli ilə fəaliyyət göstərən Həbib Zərbəliyevin alimlər, ziyalılar haqqında hədyanlarına kənardan tamaşa etməyi daha uyğun sayır. Bu azmış kimi eyni məntiqsiz böhtan və təhqirlərini indi Həbib Zərbəliyev daha uzun istiqamətə -Prezident Administrasiyasına yönəldir. Məqsəd bəllidir, xaos yaratmaq, dövlətlə ziyalılar arasında çaxnaşma salmaq. Buyurun, Həbib Zərbəliyev ölkənin hər bir vətəndaşının yaxşı tanıdığı, mədəniyyətinə, dövlətə və onun rəhbərinə atası kimi sədaqət göstərən, Prezident Administrasiyasının humanitar siyasət şöbəsinin rəhbəri Fərəh xanım Əliyevanın ünvanına da məkrli yazılar paylaşır. Ya bu alimcığazı AMEA-nın rəhbərliyi özü alət kimi istifadə edir, ya da bu elm ocağının rəhbərliyi özü yerində deyil. Yəni orada baş verənlərdən xəbərsizdir. ADU -da işlədiyi vaxtlar Ali Attestasiya Komissiyasının yarıtmaz fəaliyyətindən yazan Həbib Zərbəliyev ora işə düzəldikdən sonra ADU-dan, onun rəhbərindən yazmağa başladı. Maraqlıdır, bəs ADU-da işləyən qızından niyə yazmır. İndoneziyaşünas olmayan qızını Kamal Abdullanın İndoneziya Mərkəzinin rəhbəri qoyması və bunca yazılara , təhqir və böhtanlara göz yumaraq qızını universitetdə saxlayan rektora qarşı bu qərəz haradandır? Əlbəttə yala tutulduğu yerdən aldığı tapşırıqlar! Bir neçə ay öncə sosial şəbəkələrdə Həbibin yazdıqlarını müzakirə edən ziyalılar onun əsl simasını insanlara göstərə bilib. Ancaq bütün bunlara rəğmən Həbib özünü ziyalı kimi, təəssübkeş kimi göstərməkdə davam edir. Tüpürəsən belə ziyalılığa, belə alimliyə Sən alim nə yolla olmusan onu özün bilərsən, fikrimcə insan olmağını unutmusan, Həbib Zərbəliyev!
Feysbuk sosial şəbəkə yazışmalarından bir hissə:
Filologiya elmləri doktoru, professor, fb səhifəsində “lüzumsuz”, “dağılmaqda olan avtomobil” deyib haray-həşir qopardığı AAK-a ekspert düzələndən sonra səhifəsindəki AAK haqqında bütün tənqidləri silən “nümunəvi alim”
Həbib Zərbəliyev: “Mən sözümün üstündə dururam (?!!!-İ.A.). AAK lüzumsuz bir qurumdur. Keçmiş SSRİ respublikalarından başqa, heç bir yerdə belə təsisat yoxdur. Onun bundan sonra təkmilləşdirilməsi isə dağılmaqda olan avtomobilə təzə motor qoyulması kimi bir şeydir” ![]()
Kaş sözünüzün üstündə duran olaydınız, haqqı məyus edib inamı ləkələməyəydiniz, Həbib müəllim! Heyf ki, elmi mühitdə ümidləri qıranlarla bir yerdə olub gəncləri çaşdırmaqla çox ziyan vurursunuz. Alim olmaq asandır…![]()

Alim guya AAK-ı düzəlməsi mümkün olmayan, lüzumsuz, hətta heç vaxt düzəlməyəcək qurum adlandırır və guya mənim mübarizəmə dəstək verərək statusumun altında, sonra isə öz səhifəsində AAK-ı guya yıxıb-sürüyür. Islində, əsl hədəfdən yayındırır. Biz dissertantların haqqının bəroasını tələb edirdik. Sonra məlum olur ki, AAK sədri ilə görüşüb razılaşır, qayıdıb bu dəfə tərifləyir, yazdığı tənqidləri səhifəsindən silir və quruma işə düzəlir. Dünən pis, lüzumsuz olan qurum bu gün yaxşı olur. Bəs deyirdi ki “Onun (AAK-ın) bundan sonra təkmilləşdirilməsi isə dağılmaqda olan avtomobilə təzə motor qoyulması kimi bir şeydir”. Dəhşətdir, vallah! Belə alimlərlə, gəl, bu ölkəni idarə et! Budur akademşəbəkənin üzü! Belələrinin üzündən ölkə məhv olur, mənəviyyat can verir. Belə alim kontingenti olan ölkəni idarə edənlərin məqamı çox ucadır! Halbuki alim idarəçiliyin səmərəliliyinə kömək etməlidir!
Müzakirə tərəflərə açıqdır, buyurun fikrinizi bildirin.
Mövzumuz davam edəcək,
Füzuli Əfqanoğlu











