Azərbaycanın bütün ərazisində ədalətli seçkilərin keçirilməsi üçün şərait yaradılıb

Azərbaycanın bütün ərazisində ədalətli seçkilərin keçirilməsi üçün şərait yaradılıb

05.02.2024 Off By Füzuli İsmayılov

Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev respublikaya rəhbərliyə başladığı dövrdən dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərinə götürərək, vaxtında və düzgün qərarlar qəbul edərək tarixi bir missiyanı yerinə yetirməyi bacaran , böyük şəxsiyyət və siyasi xadim olduğunu Azərbaycan naminə gördüyü işlərlə doğrultdu.

Cəmiyyətin, dövlətin maraqlarını əsas tutaraq, siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri ilə xalqın inam, ümid yerinə çevrilən, beynəlxalq aləmdə böyük nüfuz qazanan cənab İlham Əliyev Azərbaycanın gələcəyinə konseptual baxış xarakterli müraciətlərində strateji prioritetləri müdrikcəsinə, ölkə daxili, geosiyasi və qlobal hadisələrlə müqayisə edir, nəyi, nə vaxt və necə edəcəyini qətiyyəti ilə dəqiq müəyyənləşdirir. 2024-cü il fevral 7-də keçirilən seçkilərin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən zorla, məcburi halda köçkün vəziyyətinə salınan azərbaycanlıların bir hissəsi müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında, evlərində – Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə səs verəcəklər. Artıq ərazimiz bütövdür. Azərbaycanın bütün ərazisində seçkilərin keçirilməsi üçün hər bir şəxsə şərait yaradılıb.

Azərbaycanda fevralın 7-də azad, ədalətli, demokratik prezident seçkiləri keçiriləcək. Bundan sonra qarşıda böyük hədəflər durur. Quruculuq işləri, regionda gücə çevrilmək, Şərqlə-Qərb arasında nəqliyyat dəhlizinə çevrilmək və s. Burada olanlar da, Azərbaycan xalqı da gəlib Prezident İlham Əliyevə səs verəcək.

Akif Abdullayev,

Xəzər rayon Ailə -Sağlamlıq Mərkəzinin Baş həkimi

Share