Xalq həmişə öz fədakar, cəsur lideri ilə birlikdədir
16.02.2024Prezident seçkiləri, səsvermə prosesi azad və şəffaf, Azərbaycan seçicilərinin yüksək fəallığı ilə baş tutdu. Azərbaycan vətəndaşları heç bir maneə olmadan, azad və sərbəst şəkildə seçki məntəqələrinə gedərək öz iradələrini ifadə etdilər.
Bu seçkilərdə Azərbaycan vətəndaşlarının mövqeyi, ölkəmizdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin xalqımız tərəfindən birmənalı şəkildə müdafiə olunduğu bir daha bariz şəkildə əyani təsdiqini tapdı. Prezident İlham Əliyev 20 illik rəhbərliyi dövründə çox ciddi addımlar atıb və atdığı bu addımlarda həmişə milli maraqlarımızı öndə tutub. Prezident İlham Əliyev hansısa böyük dövlətin, beynəlxalq təşkilatın təsiri və təzyiqi ilə heç zaman qərar qəbul etməyib. Prezidentimiz qərar qəbul edərkən Onun üçün bir prinsip önəmli olub, bu da Azərbaycanın milli və dövlət maraqlarıdır. Torpaqlarımızın azad edilməsi, düşmənin doğma yurdumuzdan əzilərək qovulması və daha böyük nailiyyətlər cənab İlham Heydər oğlu Əliyevin iradəsinin, siyasi əqidəsinin, müdrik siyasətinin bəhrəsi oldu. Bu danılmaz faktlar qarşısında xal öz liderini seçdi və həmişə də onunla birliyini bəyan etdi. Bu da bizim gələcək uğurlarımıza inam hissi, etibarlılıq zəmanətidir.
Xalq həmişə öz fədakar, cəsur lideri ilə birlikdədir.
İradə İbrahimova,
“ŞƏMS” Körpələr evi- uşaq bağçasının müdiri











