Prezident İlham Əliyev şəxsiyyəti Azərbaycanla bərabər yüksəlir

Prezident İlham Əliyev şəxsiyyəti Azərbaycanla bərabər yüksəlir

16.02.2024 Off By Füzuli İsmayılov

Dünyada baş verən mövcud mürəkkəb geosiyasi durumda ölkəmizin bu uğurları daha genişləndirmək və tarixin ən möhtəşəm Azərbaycanını qurmaq kimi çətin, şərəfli vəzifəyə nail olmaq Prezidentimiz İlham Əliyevin görkəmli dövlət xadimi, qətiyyətli və qüdrətli liderliyinin əyani sübutudur.

Dövləti layiqincə idarə etmək məharətinə malik olmaq, bu fəaliyyəti yalnız millətin və dövlətin maraqlarının ödənilməsinə yönəltmək, siyasi sələfindən miras olaraq əldə olunan dövlətçilik potensialını dəfələrlə artırmaq kimi xüsusiyyətlər yalnız həqiqi liderə xasdır. Tam əminliklə söyləmək olar ki, bu gün Prezident İlham Əliyev şəxsiyyəti Azərbaycanla bərabər yüksəlir və dünya miqyasında nüfuz qazanır. Bununla da öz tərcümeyi-halını Azərbaycanın inkişaf və quruculuq tarixinə həkk etdirir.

Azərbaycanda vətəndaş həmrəyliyinə, iqtisadi-maliyyə təhlükəsizliyinə tam nail olunması, güclü dövlət idarəçiliyinin mövcudluğu ölkənin daxilində modernləşmə siyasətinin daha da dərinləşməsinə əlverişli mühit yaradıb. Dövlət başçısının vurğuladığı kimi, müxtəlif sferalardakı islahatlar bundan sonra da davam edəcək, Azərbaycan bundan sonrakı dövrdə də uğurla inkişaf edəcəkdir. Prezidentimizi yenidən seçilməsi münasibətilə təbrik edir, ona uğurlar arzulayırıq.

Mirəhməd Tagiyev,

Bakı şəhəri, Nərimanov RETSİ-nin rəisi

Share