Prezident İlham Əliyevin qələbəsi müstəqil Azərbaycan dövlətinin və xalqımızın qələbəsidir

Prezident İlham Əliyevin qələbəsi müstəqil Azərbaycan dövlətinin və xalqımızın qələbəsidir

16.02.2024 Off By Füzuli İsmayılov

Azərbaycan xalqı inanır ki, ölkəmizin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz bu günə qədər olduğu kimi, bundan sonra da irəliyə doğru böyük nailiyyətlərin müjdəsini alacaq. Ölkəmiz Prezident İlham Əliyevin uzaqgörənliklə müəyyən etdiyi istiqamətlərin hər birində – “istər döyüş meydanlarında, istər siyasi müstəvidə, istər daxili vəziyyətlə bağlı, iqtisadi və digər sahələrdə” dönmədən inkişaf edəcək, daha böyük qələbələrə imza atacaqdır. Prezident İlham Əliyevin apardığı mükəmməl dövlət siyasəti və ölkəmizdə monolit şəkildə formalaşmış xalq-iqtidar birliyi Azərbaycan dövlətini və xalqımızı qələbədən-qələbəyə aparmağa tam təminat verir.

Prezident İlham Əliyevin qələbəsi müstəqil Azərbaycan dövlətinin və xalqımızın qələbəsi deməkdir.

Prezident İlham Əliyevin aşağıdakı fikirlər gənclərimizin ideya-siyasi tərbiyəsinin əsasına və hərbi andına çevrilməkdədir: “Bu, milli məsələdir. Anti-Azərbaycan qüvvələri harada varsa, bloklayacağıq… Biz dövlətimizi qoruyuruq, qoruyacağıq. Azərbaycan xalqı dəfələrlə vətənpərvərlik göstəribdir. Bu, bizim növbəti şanlı qələbəmizdir. Biz bilirik nə etmək lazımdır, nə vaxt etmək lazımdır və necə etmək lazımdır. Bu günə qədər bizim bütün addımlarımız uğurlu olub”.

Azərbaycanın beynəlxalq nüfuzu artır, biz dünya miqyasında layiqli yer tuta bilmişik. Bu gün Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir. Bizimlə hesablaşırlar və biz beynəlxalq aləmdə öz mövqelərimizi böyük dərəcədə gücləndirə bilmişik. Bütün bunlara isə cənab Prezidentimizin müdrikliyi, siyasi bacarığı sayəsində nail olmuşuq.

Ruslan Behbudov,

Nərimanov Sukanal İdarəsinin rəisi

Share