Anar Xələfov: Ağır dərəcəli məhdudiyyəti olanlar xüsusi təhsil ehtiyacı olanların təqribən 5 faizini təşkil edir

Anar Xələfov: Ağır dərəcəli məhdudiyyəti olanlar xüsusi təhsil ehtiyacı olanların təqribən 5 faizini təşkil edir

03.04.2024 Off By Füzuli İsmayılov

“Təhsil sistemində 31855 uşaq əlilliyə görə müavinət alır, amma onların hamısının xüsusi təhsil ehtiyacı yoxdur və onların əksəriyyəti ümumi təyinatlı təhsil müəssisələrində xüsusi şərait yaradılmadan təhsil alırlar”.

Bunu “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xüsusi təhsil sektorunun müdiri Anar Xələfov deyib.

O bildirib ki, ağır dərəcəli məhdudiyyəti olanlar ümumən xüsusi təhsil ehtiyacı olanların təqribən 5 faizini təşkil edir. 

“2023-2024-cü tədris ilində ölkəmizdə 12044 uşaq xüsusi təhsilə cəlb edilib. Bunlardan 220 nəfəri 40 məktəbdə inklüziv siniflərdə, 647 uşaq 15 inteqrasiya təlimli internat məktəbində təlim-tərbiyə prosesinə cəlb olunub. 578 uşaq 137 ümumtəhsil məktəbi nəzdində yaradılan xüsusi siniflərdə, 7210 uşaq evdə təhsil alır. 1946 uşaq 8 xüsusi tipli internat məktəbində, 1443 uşaq 5 xüsusi məktəbdə təhsilə cəlb edilib” – deyə o qeyd edib.

Share