Muxtar Babayev Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə COP29-a hazırlığı müzakirə edib

Muxtar Babayev Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə COP29-a hazırlığı müzakirə edib

03.04.2024 Off By Füzuli İsmayılov

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Hakimiyyet.info.az-a verilən məlumatda bildirilir ki, Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, COP29 bu ilin noyabr ayında Bakıda keçiriləcək.

Share