Ermənistan ABŞ-nin ən yaxın müttəfiqlərini hara aparıb çıxardığını xatırlasın – Zaxarovadan qarşıdakı Brüssel görüşü ilə bağlı AÇIQLAMA (Vİ

Ermənistan ABŞ-nin ən yaxın müttəfiqlərini hara aparıb çıxardığını xatırlasın – Zaxarovadan qarşıdakı Brüssel görüşü ilə bağlı AÇIQLAMA (Vİ

03.04.2024 Off By Füzuli İsmayılov

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova “Zvezda” telekanalının efirində aprelin 5-də Brüsseldə keçiriləcək Aİ-ABŞ-Ermənistan görüşünü şərh edərkən bildirib.

Onun sözlərinə görə, NATO hər hansı ölkəyə vədlər verirsə sual vermək lazımdır ki, bundan əvvəl bu onlarda nə vaxt alınıb.

“ABŞ-nin Yaxın Şərqi və özünün ən yaxın müttəfiqini saldığı qorxunc boşluğu heç kim bilmirdi. Qoy Ermənistan və erməni xalqı bizim üçün, ali hədəflər üçün olmasa da, özü üçün bunu xatırlasın və bilsin. Dördtərəfli, üçtərəfli, yaxud digər hər hansı format və formalarda görüşlər planlaşdırıldıqda bax bu vacibdir. Qoy onlar ABŞ-nin özünün ən yaxın müttəfiqlərini hara aparıb çıxardığını xatırlasınlar”,- deyə Zaxarova əlavə edib.

Qeyd edək ki, aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinkenlə görüşü keçiriləcək.

Avrop İttifaqı (Aİ) görüş öncəsi tədbirin müstəsna olaraq iqtisadi xarakter daşıdığını iddia edərək özünə haqq qazandırmağa başlayıb.

Baş verənlərdən xəbərdar olmayanlar üçün bu bəraətlərin fonunda Aİ necə də xeyirxah görünür. Əslində isə Aİ-nin Ermənistandakı missiyasının hərbiləşdirilməsi prosesi gedir, ölkəyə silahlar tədarük olunur ki, bu da sülh prosesinə heç cür töhfə verə bilməz.

Bu səbəbdən, Aİ Brüsseldəki görüşün əsl məqsədini nə qədər gizlətməyə çalışsa da, bunun faktiki olaraq regionda gərginliyin artmasına səbəb olacağı açıq-aşkardır.

Share