“Çelsi”nin yeni baş məşqçisi məlum olub
28.05.2024Maurisio Poçettino ilə yollarını ayıran “Çelsi”nin yeni baş məşqçisi bəlli olub. Klub italiyalı mütəxəssis Enzo Mareskayla anlaşıb.
Bu barədə tanınmış jurnalist Fabritsio Romano məlumat yayıb. Bildirib ki, 44 yaşlı mütəxəssislə 5+1 illik müqaviə imzalanıb.
Mareska “Lester”lə başa çatan mövsüm Çempionşipin qalibi adını qazanıb. Enzo müxtəlif vaxtlarda Pep Qvardiola, Manuel Pelleqrino və Vinçenso Montelanın köməkçisi kimi çalışıb.
Qeyd edək ki, çalışdırıcı “Lester”lə yanaşı, “Parma” və “Mançester Siti”nin U-23 komandasının baş məşqçisi olub.