Haniyənin tökülən qanının qisasını almağı özümüzə borc bilirik – Seyid Əli Xamenei

Haniyənin tökülən qanının qisasını almağı özümüzə borc bilirik – Seyid Əli Xamenei

31.07.2024 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, İranın Ali Rəhbəri Seyid Əli Xamenei HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətli ilə bağlı ilk açıqlamanı verib. Bu barədə İran KİV məlumat yayıb.

“İsmayıl Haniyə sübh çağı haqqa doğru getdi. Böyük müqavimət cəbhəsi matəm içindədir. Sionist rejimi sevimli qonağımızı evimizdə şəhid etdi və bizi matəmdə qoydu, amma eyni zamanda özü üçün ağır cəzanın zəminini hazırladı. İran torpaqlarında baş verən bu ağrılı hadisədə Haniyənin tökülən qanının qisasını almağı özümüzə borc bilirik”, – deyə Xamenei qeyd edib.

Xatırladaq ki, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda yerli vaxtla təxminən 02:00-da qaldığı yerə raket zərbəsi endirilməsi nəticəsində öldüyü bildirilir. HƏMAS rəsmi bəyanatında Siyasi Büro rəhbərinin ölümünü təsdiqləyərək, insidentdə İsraili günahlandırıb.

Hücum Haniyənin İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra baş verib.

Share