Almaniyada Milad bazarına hücumda ölənlərin sayı 5-ə çatıb, 200-dən çox yaralı var
21.12.2024Hakimiyyet.info.az xəbər verir ki, Almaniyanın Maqdeburq şəhərində Milad bazarına edilən hücumda ölənlərin sayı 5 nəfərə çatıb. Bu barədə Saksoniya-Anhalt əyalətinin qubernatoru Reiner Haseloff bildirib.
Onun sözlərinə görə, ümumilikdə 200-dən çox adam yaralanıb, onların əksəriyyətinin vəziyyəti ağırdır.
Maqdeburqa səfər edən kansler Olaf Şolz yaralanananlara görə xüsusi narahatlığını dilə gətirib, dəhşətli fəlakəti pislədiyini vurğulayıb.Video











