Pakistan ordusunun postuna hücum olub, 16 nəfər ölüb
21.12.2024Silahlılar Əfqanıstanla sərhəddə Pakistan ordusunun postuna basqın edib. APA xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı 16 nəfər ölüb, 5 nəfər ağır yaralanıb.
Məlumatda bildirilib ki, hücum gecə saatlarında olub. Silahlılar nəzarət-buraxılış məntəqəsində mövcud olan simsiz rabitə vasitələrini, sənədləri və digər əşyaları yandırıblar.











