Prezidentimizin müdrik siyasəti iqtisadiyyatın çoxşaxəliliyinin təşviqinə yönəldilmişdir
23.12.2024Ölkədə iqtisadi, sosial sahələriin inkişafını nəzərə alan Prezident strategiyası bu istiqamətlərin hər biri üzrə sinxron və əlaqələndirilmiş proqram həyata keçirir.
İnflyasiya tempinin məqbul səviyyədə saxlanması, valyuta bazarında sabit və proqnozlaşdırıla bilən vəziyyətin təmin edilməsi, valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artırılması, dövlət idarəetmə sistemində struktur islahatlarının həyata keçirilməsi ölkəmizdə iqtisadi islahatların mühüm tərkib hissəsini təşkil edir. Prezidentimizin müdrik siyasəti sayəsində neft və qaz gəlirlərindən asılılıq nəticəsində yarana biləcək qeyri-sabitlik təhdidinin qarşısının alınması məqsədilə aparılan siyasət iqtisadiyyatın çoxşaxəliliyinin təşviqinə yönəldilmişdir.
Ölkə rəhbəri cənab İlham Heydər oğlu Əliyevi doğum günü münasibətilə təbrik edir, ona cansağlığı , uzun ömür arzulayırıq!
Rauf Əhmədov,
Bakı Regional Qaz İstismarı Departamentinin Nizami rayonu üzrə rəisi











