Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan inkişaf etmiş ölkələr sırasındadır

Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan inkişaf etmiş ölkələr sırasındadır

23.12.2024 Off By Füzuli İsmayılov

Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, ölkəmizdə inkişaf etmiş ölkələrlə  bərabərhüquqlu və  qarşılıqlı əlverişli  əməkdaşlığa dair bir çox layihələr baş tutmuşdur və bu sahədə yeni-yeni addımlar atılmaqdadır. 

Müasir qlobaşlaşma şəraitində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin qayəsini bu prosesdə  daha  çox sosial ədalətə nail olmaqla yanaşı ölkəmizə qarşı siyasi və iqtisadi təzyiqə  yol verilməməsi, ikili standartların  fəsadlarının azaldılmasına dair  ardıcıl, cəsarətli və həm də dərin düşünülmüş  mübarizə  təşkil edir.

Bu uğurlu siyasi yolda cənab Ali Baş Komandana, Prezidentimiz İlham Əliyevə xalq böyük inam və məhəbbət bəsləyir. Prezidentimizi doğum günü münasibətilə təbrik edir, cansağlığı , uğurlar arzulayırıq!

Zabil Mustafayev

Sahibkar, iş adamı

Share