Turizm sektoru indi Azərbaycan hökumətinin xüsusi diqqət ayırdığı sahələrdən biridir

Turizm sektoru indi Azərbaycan hökumətinin xüsusi diqqət ayırdığı sahələrdən biridir

23.12.2024 Off By Füzuli İsmayılov

Azərbaycanın turizmin tərəqqisi istiqamətində fəaliyyəti genişlənməkdədir. İslam Konfransı Təşkilatına üzv ölkələrin turizm nazirlərinin Bakıda keçirdikləri konfrans xüsusilə yaddaqalıb. Həqiqətən də bu cür tədbirlər həm Azərbaycanın dünyada tanınmasında, həm də respublikaya turist axınının sürətlə çoxalmasında böyük rol oynayır.

Son illərdə Azərbaycanda yerli istehsala böyük əhəmiyyət verilir, həm dövlət, həm də özəl sektora vəsait qoyulur. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lazımsız yoxlamaların aradan qaldırılması və lisenziyalarla bağlı vəziyyətin yaxşılaşdırılması üçün iqtisadi islahatlar məsələsinə mühüm əhəmiyyət verilir. Azərbaycanda iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesini davam etdirilir.

Nəqliyyat infrastrukturunun inkişafı da ölkədə prioritet istiqamətlərdəndir. Bu gün müasir texnologiyaların tətbiqi və qonşu dövlətlərin iştirakı ilə tarixi İpək Yolunu bərpası bir daha Azərbaycanın beynəlxalq aləmdə böyük uğurlarındandır.

Azərbaycanda turizm sektorunun inkişafına xüsusi diqqət ayrılıb. Paytaxtla yanaşı, regionlarda da müasir turizm və istirahət obyektləri, mehmanxana kompleksləri tikilmişdir. Son bir neçə ildə dünyanın ən məşhur beşulduzlu otel brendləri Azərbaycana gəlmişdir.

Bakıda indi dünyanın bütün aparıcı otelləri fəaliyyət göstərir. Turizmin inkişafı qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin olduğunu bir daha təsdiqləyir.

Sahibkarlığın inkişafı və bazar mühitinin yaxşılaşdırılması, özəl sektorun inkişafı ilə bağlı qərarların icrasının təmin edilməsi, dövlət müəssisələrinin özəlləşdirilməsinin və idarəetməyə verilməsinin sürətləndirilməsi, inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması və haqsız rəqabətin qarşısının alınması, kreditlər üçün girov təminatının təkmilləşdirilməsi, aqrar sektorda islahatların növbəti mərhələsinin başlanılması investorların bu sahələrə marağını daha da artırıb. Xarici iş adamları Azərbaycana böyük inamla sərmayə qoymağa başlayıb..

Sənaye parkları və məhəllələri mövcud potensialın gücləndirilməsi və yeni istehsal sahələrinin yaradılması, sənayedə struktur dəyişikliyi baxımından yeni yanaşmadır. Odur ki, son dövrlərdə ölkədə bu cür təsisatların yaradılması istiqamətində xeyli işlərin görüldüyünün şahidiyik.

Nəzərə almalıyıq ki, dünyanın inkişaf etməkdə olan bir sıra ölkələri, o cümlədən Asiya nəhəngləri iqtisadi tərəqqiyə məhz bazar iqtisadiyyatına keçməklə nail olmuşlar. Lakin bu ölkələrdə azad iqtisadiyyatın inkişafına yönəldilmiş radikal iqtisadi islahatlar kursunun ardıcıl davam etdirilməsi güclü siyasi hakimiyyətin sayəsində mümkün olmuşdur. Azərbaycanda da iqtisadi transformasiya prosesinin dönməz xarakter almasında və uğurla başa çatmasında siyasi hakimiyyətin gücü və iradəsi həlledici rol oynamışdır.

Onu da nəzərə çatdıraq ki, Azərbaycanda turizmin bütün növlərinin inkişafı üçün ölkə rəhbəri tərəfindən müvafiq qurumla və icra strukturlarına verilən tapşırıqlar bəhrəsini verməkdədir. Ölkədə həm yay turizmi, həm də qış turizmi inkişafa doğru irəliləməkdədir. Dağ rayonlarında qış turizminin genişləndirilməsi üçün yaxşı şərait var. Qusar rayonunda dağ xizəkçiliyinin inkişafı təqdirəlayiq bir addımdır.

Bir məsələni də xüsusi vurğulayaq ki, respublikanın bütün rayonlarındə turizm sektorunun inkişafı artıq ön plana çəkilmişdir. Dövlət başçısı cənab İlham Əliyevin Şamaxı, Qəbələ, Oğuz rayonlarına səfəri zamanı bir daha turizm infrastrukturunun vəziyyəti ilə maraqlanması, rayon ictimaiyyətində böyük maraq yaratmışdır.

Bu gün Azərbaycanda turizmin inkişafı respublikaya xarici vətəndaşların cəlb edilməsi ilə yanaşı, həm də bölgələrdə əmək məşğulluğunun artması, yeni iş yerlərinin açılması baxımından da sərfəlidir. Onu da xatırladaq ki, hazırda Mədəniyyət və Turizm Nazirliyində turizm sektorunun inkişafına mühüm dəstək var.

Əldə etdiyim statistik məlumatlara əsasən bu illər ərzində turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində əsas kapitala investisiya qoyuluşu 51,7 dəfə artaraq 87,9 milyon manata, mehmanxana və mehmanxana tipli müəssisələrin sayı isə 7,6 dəfə artaraq 727-yə çatıb. Azərbaycanda turizm sektorunda məşğul olanların sayı 21,9 milyon nəfərdən 87,9 milyon nəfərə qədər yüksəlib ki, bu da 4 dəfə artım deməkdir.

Turizm sektoru indi Azərbaycan hökumətinin xüsusi diqqət ayırdığı sahələrdən biridir. Bu istiqamətdə qarşıya qoyulan hədəfləri həyata keçirmək üçün ölkənin bütün rayonlarında turizm infrastrukturları sürətlə yaradılmalı, xarici iş adamlarının cəlbi yüksəlməlidir.

Turizm baxımından cəlbediliciyi ilə seçilən xüsusi zonalardan biri isə Qarabağdır. Öz gözəlliyi ilə seçilən Qarabağda və Şərqi Zəngəzurda turizmin inkişafı istiqamətində mühüm addımlar atılır və bunu müntəzəm dava etdirmək böyük nailiyyətlərin qazanılmasına gətirəcəkdir.

Zəngin mədəniyyətə, qədim tarixə, yüksək qonaqpərvərliyə və ən gözəl şərq mətbəxinə malik olan Azərbaycan yaxın gələcəkdə turizmin inkişafı sahəsində zirvələrə yüksələcəyinə tam əminik.

Mən bir pakistanlı kimi artıq 15 ilə yaxındır Azərbaycandayam. Rəhbərlik etdiyim “REAL-MENTOR” şirkəti müxtəlif sahələrdə işlərini görməyi planlaşdırır. Bu əsasən turizm, kənd təsərrüfatı, yeni avtomobil texnologiyasına intiqrasiya və tikinti sahələrində müasirliyin inkişafını tətbiq etməkdir. Açığını deyim ki, bizə ölkənin Vergi orqanları, xarici vətəndaşlarla işləməkdə Dövlət Miqrasiya Xidməti, həmçinin turizm sahəsində müvafiq orqanların böyük dəstəyi var. Bu sevindirici və qürurvericidir. Bu da ölkədə dövlətə və onun rəhbərinə xalqın böyük inamının təcəssümüdür. Fürsətdən istifadə edərək Pakistan iş adamlarının və eləcə də “REAL-MENTOR” şirkətinin kollektivi adından Azərbaycan Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edirik.

Ali AKBAR

“REAL-MENTOR” şirkətinin direktoru

Share