Prezident təhsil siyasətini elmi-texniki tərəqqisi kimi şərtləndirir
23.12.2024Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin uzaqgörən siyasətini davam və inkişaf etdirmək üçün təhsili cəmiyyətin inkişaf etdirilməsində aktual bir sahə kimi daim diqqətdə saxlayır.
Möhtərəm Prezident dərindən bilir ki, təhsil siyasəti elmi-texniki tərəqqini də şərtləndirir. Hər bir ölkənin gələcəyi onun bu günkü təhsilinin səviyyəsi ilə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi də bunu göstərir. Cənab İlham Əliyev deyir: “Təhsil sahəsində bu günə qədər apardığımız islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir”.
Biz təhsil işçiləri hər zaman ölkə rəhbərinin qayöısını hiss edir və dəyərləndiririk. prezident İlham Heydər oğlunu doğum günü münasibətilə kollektivimiz adından səmimi qəlbdən təbrik edir, ona və ailəsinə xoşbəxtlik arzulayırıq.
Sevda Abdullayeva
Bakı şəhəri, Nizami rayonu, 32 saylı orta məktəbin direktoru











