Prezident İlham Əliyev:”Güclü iqtisadiyyat ən önəmli şərtdir”

Prezident İlham Əliyev:”Güclü iqtisadiyyat ən önəmli şərtdir”

24.12.2024 Off By Füzuli İsmayılov

Dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsini milli iqtisadiyyat qarşısında əsas çağırış olaraq qoymuş və bu istiqamətdə görülən işlər nəticəsində ötən 20 il müddətində qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfə artmışdır.

Belə ki, “Güclü iqtisadiyyat ən önəmli şərtdir” deyən Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanın ümumi daxili məhsulu real ifadədə 3,6 dəfə artmışdır. Bu, son iki onillikdə qlobal miqyasda əldə olunan ən yaxşı iqtisadi nailiyyətlərdən biridir. 

Görülən bütün bu işlər, həmçinin Azərbaycan məhsullarının ixrac coğrafiyasını genişləndirmək imkanı vermiş, yüksək keyfiyyət standartlarına malik yerli məhsulların “Made in Azerbaijan” brendi adı altında xarici bazarlara çıxışını genişləndirmişdir. 

Xalq, millət olaraq ölkö rəhbərimizlə həmişə fəxr etmişik. Bir daha ölkə rəhbərini doğum günü münasibətilə təbrik edir, ailə xoşbəxtliyi arzulayırıq.

Xalid Babayev,

Kürdəmir rayon EŞ-nin rəisi

Share