Səhiyyə quruculuğu Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir
24.12.2024Səhiyyəmizin inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindəndir. Ümummilli lider Heydər Əliyev səhiyyə quruculuğu ilə əlaqədar tədbirlər kompleksinə köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, əhalinin kütləvi dispanser qeydiyyatından keçirilməsi və sahə həkimlərinin fəaliyyətinin artırılmasından başladı. Heydər Əliyev hər zaman tibb işçilərinə böyük qayğı göstərmiş və həkimlik peşəsinin öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir iş olduğunu vurğulamışdır.
Ümummilli liderin başladığı işlər bu gün respublikamızın Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, yeni avadanlıqlarla təchizatı səhiyyəmizin yüksəlişinin təzahürləridir. Bu sahədə qəbul edilən dövlət proqramları gələcək nəslin sağlam inkişafına bir töhfədir.
Prezidentimiz insan sağlamlığını cəmiyyətimizin sərvəti hesab etməklə yanaşı, Azərbaycan səhiyyə sistemində aparılan islahatlara da yüksək dəyər vermişdir. İnsanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi ölkə başçısının daim nəzarətindədir.
Doğum günü münasibətilə cənab Prezidenti təbrik edir, ona sağlam ömür, işıqlı həyat arzulayırıq.
Tarix İslamov
Kürdəmir RMX-nin Baş həkimi











