Pakistanın Baş naziri Azərbaycana gələcək
19.02.2025Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iki gün sonra Azərbaycana səfər edəcək
Hakimiyyet.info.az xəbər verir ki, bunu Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani deyib.
“Ötən il Azərbaycan Prezidenti İlham Əliyev Pakistana səfər etdi. Biz Azərbaycanla bir çox sahələrdə yaxından əməkdaşlıq edirik”, – o qeyd edib.











