Trampın xüsusi nümayəndəsi Kiyevə səfər edib

Trampın xüsusi nümayəndəsi Kiyevə səfər edib

19.02.2025 Off By Füzuli İsmayılov

ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Kiyevə çatıb.

Trend xəbər verir ki, bu haqda “Suspilne” nəşri məlumat yayıb

Diplomatı ABŞ-nin Ukraynadakı səfiri Bricit Brink qarşılayıb.

“Biz onları dinləyəcəyik. Ardınca mən hər şeyi doğru anladığımıza əmin olmaq üçün ABŞ-yə qayıdıb prezident Trampla danışacağam”, – deyə Kelloq bildirib.

Kelloq əlavə edib ki, ABŞ Ukraynaya bütün lazımi yardımı göstərməyə hazırdır və təhlükəsizlik zəmanətlərinin zəruriliyini anlayır. Kelloqun yaxın zamanda Ukraynanın hökumət nümayəndələri ilə görüşəcəyi gözlənilir.

Share