İngiltərə Abramoviçin dondurulmuş “milyardlarını” Ukraynaya ayırmağı planlaşdırır

İngiltərə Abramoviçin dondurulmuş “milyardlarını” Ukraynaya ayırmağı planlaşdırır

11.03.2025 Off By Füzuli İsmayılov

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Londonun “Çelsi” klubunun satışından sonra dondurulmuş 2,3 milyard funt sterlinq məbləğində vəsaiti Ukraynaya ayırmağı planlaşdırdıqlarını bəyan edib.

Bu barədə “The Financial Times” xəbər verir.

“Bu, həqiqətdir – o pulları paylaşdırmaq, onları istifadə etmək lazımdır”, – deyə Lemmi bildirib.

Lemmi vurğulayıb ki, bunu məhkəmə prosesi yolu ilə çözmək fikrində deyil, belə ki, buna uzun müddət tələb olunur. Habelə o belə bir variantın da istisna olunmadığını diqqətə çatdırıb.

Xatırladaq ki, Roman Abramoviç 2003-cü ildə “Çelsi” futbol klubunu 140 milyon funt sterlinə satıb. Komanda İngiltərə Premyer Liqasının qalibi olub, iki dəfə Çempionlar Liqasını və Avropa Liqasının mükafatçısı olub, beş dəfə İngiltərə kubokuna sahib olub və 3 dəfə İngiltərə liqasının qalibi olub. O, 2022-ci ildə sanksiyalarla əlaqədar klubunu satmaq məcburiyyətində qalmışdı.

Share