Tramp xarici yardım xərclərini 2,5 milyard dollar azaldacaq

Tramp xarici yardım xərclərini 2,5 milyard dollar azaldacaq

25.03.2025 Off By Füzuli İsmayılov

ABŞ prezidenti Donald Tramp bundan əvvəl ayrılan “fövqəladə büdcə xərclərini” təxminən 3 milyard dollar azaldacaq. Bunun 2,5 milyard dolları xarici yardım üçün nəzərdə tutulurdu.

Hakimiyyet.info.az-ın məlumatına görə, bu barədə “Semafor” portalı Ağ Evdəki mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, Tramp ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası tərəfindən qəbul edilən milli borcun artırılması üçün 2023-cü il qanun layihəsi çərçivəsində ayrılan təcili vəsaitlərin həcmini azaldacaq.

Bildirilib ki, Trampın azaltmağı planlaşdırdığı təxminən 2,5 milyard dollar xaricə yardıma, o cümlədən miqrasiya və qaçqınlarla bağlı fəaliyyət göstərən QHT-lərə dəstək, Moldova və Gürcüstanda iqtisadi inkişaf və inklüzivliklə bağlı layihələrə ayrılacaqdı.

Share