ABŞ Suriyada husilərin silah anbarlarına zərbələr endirib

ABŞ Suriyada husilərin silah anbarlarına zərbələr endirib

25.03.2025 Off By Füzuli İsmayılov

ABŞ Silahlı Qüvvələri Yəmənin Səada vilayətindəki anbarlara silsilə zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə “Al Arabiya” televiziya kanalı xəbər verib.

Məlumata əsasən, “Ənsar Allah” üsyançı hərəkatından olan husilər bu anbarlardan silah saxlamaq üçün istifadə edirlər.

Bildirilib ki, ABŞ aviasiyası yəmənli üsyançıların Səada vilayətindəki mövqelərinə 10-dan çox zərbə endirib. “Ənsar Allah” hərəkatının silah anbarları atəşə tutulub. Ölənlər barədə məlumat verilməyib.

Share