Sabah Bakıda 15 dərəcə isti olacaq

Sabah Bakıda 15 dərəcə isti olacaq

25.03.2025 Off By Füzuli İsmayılov

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, havanın temperaturu gecə +4 dərəcədən +7 dərəcəyədək, gündüz +10 dərəcədən +15 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə +4 dərəcədən +7 dərəcəyədək, gündüz +13 dərəcədən +18 dərəcəyədək, dağlarda gecə -3 dərəcədən -8 dərəcəyədək, gündüz +3 dərəcədən +8 dərəcəyədək olacaq.

Share