Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

01.04.2025 Off By Füzuli İsmayılov

Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Share