Ötən ay azad edilmiş ərazilərdə 436 mina zərərsizləşdirilib

Ötən ay azad edilmiş ərazilərdə 436 mina zərərsizləşdirilib

01.04.2025 Off By Füzuli İsmayılov

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən mart ayında icra olunan əməliyyatlar barədə məlumatlar açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Hakimiyyet.info.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 331 piyada əleyhinə mina, 105 tank əleyhinə mina, 9 755 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 4 556 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Share