Zuğulba şosesində nəqliyyat vasitəsində yanğın baş verib

Zuğulba şosesində nəqliyyat vasitəsində yanğın baş verib

19.07.2025 Off By Füzuli İsmayılov

Xəzər rayonu, Zuğulba şosesində nəqliyyat vasitələrindən birində yanğın hadisəsi baş verib.

Bu barədə Hakimiyyet.info.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində Mərdəkan şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb.

“Polis əməkdaşları tərəfindən nəqliyyatın sərbəst hərəkətini təmin etmək məqsədilə zəruri tədbirlər həyata keçirilir”, – deyə Mərkəzdən qeyd olunub.

Share