Balıq tutmağa gedən 20 yaşlı gənc kanalda batıb

Balıq tutmağa gedən 20 yaşlı gənc kanalda batıb

21.07.2025 Off By Füzuli İsmayılov

Masallıda 20 yaşlı gənc kanalda boğularaq ölüb.

Hakimiyyet.info.az-ın məlumatına görə, hadisə iyulun 19-da qeydə alınıb

Belə ki, 2005-ci il təvəllüdlü Əliyev İbad Güloğlan oğlu qardaşı Ramin Əliyevlə birlikdə balıq tutmaq üçün yaşadığı evdən təxminən 500 metr məsafədə yerləşən Şərəfə kanalına gedərək, balıq tutan zaman kanala düşüb.

O, boğularaq ölüb, meyiti qardaşı tərəfindən sudan çıxarılıb.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

Share