İsti hava şəraiti davam edəcək

İsti hava şəraiti davam edəcək

29.07.2025 Off By Füzuli İsmayılov

Həftəsonunadək ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında +35 dərəcədən +39 dərəcəyədək, avqustun 2-3-də +40 dərəcəyə yaxın, dağlıq rayonlarda +29 dərəcədən +34 dərəcəyədək, Mərkəzi Aran, eyni zamanda, Naxçıvan MR-da isə +35 dərəcədən +40 dərəcəyədək, bəzi yerlərdə +41 dərəcəyədək isti olacağı gözlənilir.

Hakimiyyet.info.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb.

Abşeron yarımadasında, o cümlədən, sahilyanı ərazilərdə cənub-şərq küləklərinin üstünlüyü gözlənilir ki, bu da havada nisbi rütubətin yüksəlməsinə və durğun hava şəraitinin olmasına səbəb olacaq.

Məqalədə:

Share