7 yaşlı uşağı ilan sancıb, vəziyyəti ağırdır

7 yaşlı uşağı ilan sancıb, vəziyyəti ağırdır

29.07.2025 Off By Füzuli İsmayılov

İyulun 28-də ilan sancması səbəbi ilə 2018-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, dərhal zəruri tibbi xidmətlər göstərilən azyaşlıya ilan zəhəri əleyhinə zərdab tətbiq olunub.

“Hazırda azyaşlının müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”, – məlumatda qeyd edilib.

Share