İcra başçısının müavini həbs edildi

İcra başçısının müavini həbs edildi

02.11.2025 Off By Füzuli İsmayılov

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb. 

Hakimiyyet.info.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Muradov Nadir Yədulla oğlu həbs edilib.

Onun hansı səbəbdən həbs olunduğu hələlik açıqlanmayıb.

N.Muradovla bağlı məhkəmə tərəfindən 4 aylıq həbs qətiimkan tədbiri ilə bağlı qərar verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata, görə Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyatla müavindən əlavə, daha bir neçə vəzifəli şəxs saxlanılıb.

Onlardan böyük məsləhətçi (memar) Qafar Abdullayev barəsində də həbs qətimkan tədbiri seçilib. Digər vəzifəlilər hazırda dindirmədədirlər.

Share