İran-Pakistan sərhədində silahlı toqquşma olub

İran-Pakistan sərhədində silahlı toqquşma olub

03.01.2026 Off By Füzuli İsmayılov

İran–Pakistan sərhədində silahlı toqquşma baş verib.

İran KİV-ləri yazır ki, Sistan və Bəlucistan Sərhəd Mühafizəsi bölməsinin komandiri Rza Şəcai məsələ ilə bağlı açıqlama verib. Onun bildirdiyinə görə, İranın Pakistanla sərhədində “ölkəyə daxil olmağa cəhd edən terrorçular” ilə sərhədçilər arasında silahlı toqquşma yaşanıb:

“Toqquşma zamanı terrorçular ağır itkilər verib, qaçan şəxslər isə hadisə yerində çoxlu sayda silah-sursat qoyub gediblər”.

Şəcai qeyd edib ki, hadisə yerində aparılan axtarış zamanı 4 ədəd Kalaşnikov avtomatı, 1 ədəd tapança, 10 ədəd SPG-9 mərmisi, 2 ədəd əl qumbarası, 3 ədəd RPQ-7 qumbarası, , 20 ədəd snayper patronu, 232 ədəd “Grenov” pulemyotu patronu, 132 ədəd Kalaşnikov patronu, 10 ədəd Kalaşnikov darağı və 1 ədəd tapança darağı aşkar edilərək müsadirə olunub.

Share